BATE "Qarabağ"ın iki oyununa baxacaq - baş məşqçidən açıqlama

BATE "Qarabağ"ın iki oyununa baxacaq - baş məşqçidən açıqlama
XƏBƏR 18 Dekabr 2018 / 00:57 6548
-  A +

BATE-nin baş məşqçisi Aleksey Baqa Avropa Liqasının 1/16 final mərhələsinin püşkündə  "Arsenal"la düşdükdən sonra fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, klubun saytına danışan 37 yaşlı mütəxəssis deyib  ki, London klubunu "Qarabağ"a qarşı keçirdiyi oyunlara əsasən təhlil edəcək: "Arsenal"la ötənilki oyunlarımızın təəssüratı qalıb. Düzdür, komandada o vaxtdan indiyə kimi ciddi dəyişikliklər oldu. Ancaq daha çox informasiyanı "Arsenal"ın "Qarabağ"a qaşı keçirdikləri oyunlardan əldə edəcəyimizi düşünürəm. Çünki biz Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a qarşılaşmışdıq və müvəfəqiyyət qazanmışdıq. "Arsenal" daha da irəliləyib. Premyer Liqanın sonuncu matçı istisna olmaqla, onlar dalbadal 22 rəsmi oyun idi ki, uduzmurdular".

Qeyd edək ki, BATE ÇL-in üçüncü təsnifat mərhələsində "Qarabağ"ı (1:0, 1:1) mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, Ağdam klubu Avroliqanın qrup mərhələsində "Arsenal"a hər iki  oyunda uduzub - 0:3, 0:1.


Son xəbərlər