"Püşkdə bəxtimiz gətirmədi" - Pavel Nedved

"Püşkdə bəxtimiz gətirmədi" -  Pavel Nedved
DÜNYA FUTBOLU 17 Dekabr 2018 / 16:14 5621
-  A +

"Bizə qrup ikinicisi olan ən güclü komanda düşdü. Püşkdə bəxtimiz gətirmədi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Yuventus"un direktoru Pavel Nedved UEFA-nın saytına açıqlamasında deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirən veteran futbolçu "Atletiko"nu çətin rəqib adlandırıb:

"Ancaq bizim də çox güclü komandamız var. İstənilən halda irəli getməyə çalışacağıq. Ronaldo Çempionlar Liqasında uğurlu çıxış edir. Ancaq biz tək onunla oynamırıq.

"Atletiko" ilə çətin olacaq. Onların balanslaşdırılmış komandası var. Yaxşı müdafiə olunur, Dieqo Kosta və Antuan Qrizmannın sayəsində rəqibinə problem yaradırlar. Qol sayı az olan iki böyük oyun gözləyirəm".

Son xəbərlər