Avropanın ən yaxşı gənc futbolçusu müəyyənləşdi

Avropanın ən yaxşı gənc futbolçusu müəyyənləşdi
DÜNYA FUTBOLU 17 Dekabr 2018 / 13:48 2483
-  A +

"Tuttosport"un Avropada 21 yaşadək ən yaxşı futbolçu üçün təsis etdiyi “2018 Golden boy” mükafatının qalibi bəlli olub.

Qol.az xəbər verir ki, “Ayaks”ın 19 yaşlı müdafiəçisi Mateys de Liqt Avropanın ən yaxşı gənc futbolçusu seçilib.

Hollandiya millisinin üzvü ilə yanaşı “2018 Golden boy” mükafatına  “Liverpul”dan Trent Aleksandar-Arnold, “Real”dan Vinisius Junior, “Milan”dan Patrik Kutrone və “Roma”dan Castin Klyuvert namizəd idi.

Qeyd edək ki, 2017-ci ildə mükafata PSJ və Fransa millisinin üzvü Killian Mbappe layiq görülmüşdü.


Son xəbərlər