AFFA rəsmiləri yığma ilə görüşdü - Şəkillər

AFFA rəsmiləri yığma ilə görüşdü -  Şəkillər
ÖLKƏ FUTBOLU 17 Dekabr 2018 / 12:00 3183
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin heyəti və texniki direktor Bernhard Lippert Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş katib Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov yığmamızı Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib, qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Futbolçulara məlumat verilib ki, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. U-19-un üzvləri təcrübəli mütəxəssisi bununla əlaqədar təbrik ediblər.

Həmçinin, bildirilib ki, futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə komandanın məqşçi heyətinə pedaqoq Cahangir Səlimxanov cəlb olunub və qarşıdakı hazırlıq prosesində, təlim-məşq toplanışlarında müvafiq günlərdə komandada fəaliyyət göstərəcək. C.Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.

Xatırladaq ki, U-19 yığmamız 2019-cu ildə Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də Rusiya, 23-də İrlandiya, 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın