Eddi qol vurdu

Eddi qol vurdu
XƏBƏR 17 Dekabr 2018 / 10:52 2720
-  A +

İspaniya Sequndasında 18-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Alkorkon” səfərdə “Osasuna”ya 1:2 hesabı ilə uduzub.

İsrafilov start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu 53-cü dəqiqədə Eddi vurub. Bu, onun "Alkorkon"da ilk qoludur. 26 yaşlı futbolçu 44-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Alkorkon” 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Lider "Qranada"nın 37 xalı var.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı