"Liverpul" "Mançester Yunayted"i məğlub etdi

"Liverpul" "Mançester Yunayted"i məğlub etdi
DÜNYA FUTBOLU 16 Dekabr 2018 / 22:18 3224
-  A +

İngiltərə Premyer Liqasında 17-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyununda "Liverpul" doğma meydanda "Mançester Yunayted"i qəbul edib. İlk hissədə hərəyə 1 dəfə fərqlənən komandalar fasiləyə bərabərliklə yollanıblar. İkinci yarıda Cerdan Şakirinin dublu mersisaydlılara 3:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 45-ə yüksəldən "Liverpul" yenidən zirvədəki yerinə qayıdıb. Əsas rəqibindən 1 xal az toplayan "Mançester Siti" 2-ci pillədədir. "Tottenhem" 39 xalla 3-cü, "Çelsi" isə 37 xalla 4-cüdür. 34 xalı olan "Arsenal" 5-ci pillədə qərarlaşıb.


İngiltərə Premyer Liqası, 17-ci tur

16 dekabr

"Liverpul" - "Mançester Yunayted" - 3:1
Qollar:
Sadio Mane, 24 (1:0), Cessi Linqard, 33 (1:1), Cerdan Şakiri, 73 (2:1), 80 (3:1)

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord