Renat komandasına qələbə qazandırdı

Renat komandasına qələbə qazandırdı
XƏBƏR 16 Dekabr 2018 / 18:27 2680
-  A +

Portuqaliya Sequndasında 13-cü turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" bu tur doğma meydanda "Farense"ni qəbul edib. Görüşün taleyini 1 qol həll edib. Dadaşovun 87-ci dəqiqədə vurduğu qol komandasına vacib qələbə qazandırıb. Gənc hücumçu bundan əvvəl, 68-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 26-ya çatdıran "Eştoril" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"