"Simeone populyarlaşmaq üçün "Real"ı tənqid edir" - Kurtua

"Simeone populyarlaşmaq üçün "Real"ı tənqid edir" - Kurtua
XƏBƏR 16 Dekabr 2018 / 17:51 2773
-  A +

“Real”ın qapıçısı Tibo Kurtua “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin özü və komanda yoldaşı Luka Modriç haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, belçikalı qolkiper argentinalı çalışdırıcının azarkeşlər arasında populyarlaşmaq üçün “kral klubu”nu tənqid etdiyini söyləyib:

“Simeone həmişə bu yola əl atır. “Real”a sözlə hücuma keçir, çünki, bu, dünyanın ən yaxşı klubudur. Simeone azarkeşlər arasında populyarlaşmaq üçün “kral klubu”nu tənqid edir. Dünyanın ən yaxşı qapıçısı mükafatının “Real”la heç bir bağlılığı yoxdur. Simeone deyir ki, “Real”da oynadığım üçün bu ada layiq görülmüşəm. Amma dünya çempionatı vaxtı mən hələ “Çelsi”nin qapıçısı idim. Ən yaxşı qapıçı nominasiyası üzrə səsvermə isə iyulda keçirilib”.

Qeyd edək ki, Simeone mətbuata açıqlamasında “Qızıl top”u Modriç deyil, Antuan Qrizmannın almalı olduğunu söyləyib. Təcrübəli mütəxəssis Kurtuanın dünyanın ən yaxşı qapıçısı tituluna sahib çıxmasını isə onun “Real”da oynaması ilə əlaqələndirib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı