Superliqa klubu baş məşqçisini qovdu

Superliqa klubu baş məşqçisini qovdu
DÜNYA FUTBOLU 16 Dekabr 2018 / 14:12 2683
-  A +

Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 16-cı turda keçirilən “Sivassspor” - “Ankaragücü” matçından sonra klub rəhbərliyini tənqid edən Kartal, istefaya göndərilib.

İsmayıl Kartal 0:4 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlamasında uğursuzluqda  klub rəhbərliyini günahlandırmışdı. O, 6 aydır məvacib almadıqlarını və buna görə də futbolçuları oyuna kökləyə bilmədiklərini deyib.

Qeyd edək ki, “Ankaragücü” Superliqada 16 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq