"Qarabağ" və "Qəbələ"dən qələbə - Ölkə kuboku

"Qarabağ" və "Qəbələ"dən qələbə - Ölkə kuboku
ÖLKƏ FUTBOLU 16 Dekabr 2018 / 20:48 11348
-  A +

Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, "Qəbələ” doğma meydanda "Sabah”ı qəbul edib. Görüş "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb - 1:0. 

Günün digər oyununda "Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi "Keşlə”ni qəbul edib. Bu komandaların Premyer Liqadakı sonuncu duelində Ağdam klubu böyük hesabla qalib gəlmişdi – 5:1. Kubok matçının taleyini isə 1 qol həll edib. Rahil Məmmədovun 65-ci dəqiqədə vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.

Azərbaycan kuboku
1/4 final mərhələsi, ilk oyunlar

16 dekabr (bazar)

14:00. "Qəbələ” – "Sabah” - 1:0
Qol:
Filip İvanoviç, 45-avtoqol
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

19:00.  "Qarabağ” – "Keşlə" - 1:0
Qol:
Rahil Məmmədov, 65
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu


15 dekabr (şənbə)

19:00. “Neftçi” – “Sumqayıt” - 0:2
Qollar
:Əli Babayev, 28-pen, Şəhriyar Əliyev,45+4
Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 ("Neftçi")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Bakcell Arena.

17:00. “Zirə” – “Səbail” - 1:0
Qol:
İlkin Muradov, 45
Reallaşdırılmayan penalti: Mirsahib Abbasov, 79 ("Zirə") - qapıçı
Qırmızı vərəqə:  Tome Kitanovski, 33 ("Səbail")
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Dalğa Arena.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı