"Bu gün oyunumuz alınmadı" - Roberto Bordin

"Bu gün oyunumuz alınmadı" -  <b style="color:red">Roberto Bordin </b>
ÖLKƏ FUTBOLU 15 Dekabr 2018 / 21:29 2735
-  A +

"Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə,o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bu gün oyunumuz alınmadı və nəticədə uduzduq. Çalışırıq öz oyunumuzu quraq. Rəqib də bizi əks-hücumda tutmağa çalışdı. Penaltini də əks-hücumda qazandılar. İkinci qol bizi “sındırdı”. Bundan sonra işimiz daha da çətinləşdi. Qol epizodlarımız oldu ki, bunlarda düzgün reaksiya verə bilmədik.

- Həm çempionat, həm də kubok matçında “Sumqayıt”a qalib gələ bilmədiniz. “Neftçi” sanki çempionluq ab-havasına tez girib...

- Kubokla çempionat fərqli yarışdı. Çempionluq haqda düşünmək axmaqlıq olar. Təkrarçılıq olmasın, kubok tam başqa yarışdır.

- Buna qədər “Neftçi” bütün oyunlarda fərqlənə bilmişdi. “Sumqayıt” nədən istifadə edir ki, bu rəqibin qapısına yol tapa bilmirsiniz?

- Çempionat matçında olduğu kimi, bu gün də qol vəziyyətlərimiz oldu. Sadəcə, bir qədər dəqiqlik çatmadı. Bəzi epizodlarda isə rəqibin qapıçısı imkan vermədi.

- 0:2 hesabından sonra yarımfinal şansınızı necə dəyərləndirirsiniz?

- Öz meydanımızda uduzduğumuz üçün bizə çətin olacaq. Yenə də cavab görüşündə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

 

Daha çox


Son xəbərlər
19.01.19  20:10

Millimizdən qələbə