"Nə baş verəcəyini zaman göstərəcək" - Aftandil Hacıyev

"Nə baş  verəcəyini zaman göstərəcək" -  Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 15 Dekabr 2018 / 20:03 1770
-  A +

"Əvvəldən bilinirdi ki, hər iki komanda gərgin mübarizə aparacaq. Fikrimcə, eyni səviyyədəyik. Hərçənd, turnir cədvəlində fərqli yerlərdəyik. Maraqlı matçın şahidi olduq".

Qol.az-ın məlumatına görə, bunu "Səbailin baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Cavab görüşündən nə gözləyirsiniz...

- Oyunun böyük hissəsini azlıqda keçirsək də, yaxşı mübarizə apardıq. Hətta 10 nəfərlə 2-3 qol imkanımız oldu. Qapıçımız Emil Balayevin penalti qurtarışı bizə ümid verir ki, ikinci oyunda daha gərgin mübarizə olacaq və mərhələ keçmək şanslarımız qalır. Futbolçularımın fiziki hazırlığından çox razıyam. Ancaq nizam-intizamı pozduqlarına, yersiz vərəqələr aldıqlarına görə bəzi futbolçuları cərimələyəcəyik. Eyni futbolçuların hər dəfə vərəqə alması bizi narahat edir. Gərək bu cür hallar daha olmasın.

- Belə başa düşdüm ki, mövsümdə 2-ci dəfə qırmızı vərəqə alan makedoniyalı legioneriniz Tome Kitanosvki ağır cəzalanacaq...

- Çox ciddi cəza olacaq. Həm qırmızı vərəqənin cəriməsi olacaq, həm də əlavə. Kitanosvki artıq ayılmalıdır. Onun bu qədər vərəqə alması təsadüf ola bilməz.

-Ölkə mətbuatında qış fasiləsində postunuzdan gedəcəyinizlə bağlı xəbər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu haqda heç bir şey deyə bilmərəm. Kimsə yazıbsa, bilmirəm bu məlumatı hardan yazıb. Burdayam, işimi davam etdirirəm. Bundan sonra nə baş verəcəksə, onu zaman göstərəcək (Report).

Daha çox


Son xəbərlər