"Barselona"dan 22 yaşlı müdafiəçiyə rəsmi təklif

"Barselona"dan 22 yaşlı müdafiəçiyə rəsmi təklif
XƏBƏR 15 Dekabr 2018 / 15:45 3246
-  A +

"Barselona" zədəli müdafiəçisi Samuel Umtitiyə əvəzləyici tapıb.

Qol.az-ın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, kataloniyalılar arxa xətdəki boşluğu "Çelsi"nin futbolçusu Andreas Kristensenlə doldurmağı düşünür. İspanlar artıq 22 yaşlı futbolçunun icarəsi üçün London klubuna rəsmi təklif göndərib. Danimarkalı oyunçu buna razılıq versə də, "zadəganlar" müdafiəçini birdəfəlik satmaq istəyirlər. "Barselona" isə Kristenseni 6 aylıq icarəyə götürmək niyyətindədir.

İspan klubunun qarşıdakı günlərdə növbəti dəfə "Çelsi"yə təklif göndərəcəyi gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord