Navas "Real"da qalır

Navas "Real"da qalır
XƏBƏR 15 Dekabr 2018 / 14:11 1873
-  A +

"Real"ın qolkiperi Keylor Navas qış fasiləsində komandanı tərk etməyəcək.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, kosta-rikalı qolkiper ailə məsələlərinə görə "kral klubu"nda qalmağa məcburdur. Gələn ilin fevralında növbəti dəfə ata olacaq 32 yaşlı qapıçı həyat yoldaşının istəyilə qərarını dəyişib. Onlar 2014-cü ildən yaşadıqları İspaniya paytaxtından yaxın müddətdə ayrılmaq istəmirlər. Navasın yaxşı təklif almaması da onun qərarına təsir edən əsas amillərdən biridir.

Qeyd edək ki, Tibo Kurtuanın gəlişindən sonra ehtiyatda qalan Navas bu mövsüm "Real"da cəmi 8 oyun keçirib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı