"Milan" istəmir, "Çelsi"yə keçir

"Milan" istəmir, "Çelsi"yə keçir
XƏBƏR 15 Dekabr 2018 / 12:29 3021
-  A +

“Milan” “Yuventus”dan icarəyə götürdüyü Qonzalo İquani mövsümün sonunda birdəfəlik transfer etməyəcək.

Qol.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb klubun sponsoru olan “Elliot Managament” şirkətinin üzləşdiyi maliyyə çətinliyidir. Xərcləri azaltmaq istəyən rəhbərlik yüksək ödənişli oyunçuları göndərmək niyyətindədir.

Bir başqa iddiaya görə, argentinalı futbolçu mövsümün sonunda “Yuventus”a da qayıtmayacaq. 31 yaşlı forvardın “Çelsi”yə keçəcəyi gözlənilir. London klubunun baş məşqçisi Mauritsio Sarri təcrübəli hücumçunu komandasında görmək istəyir.

Qeyd edək ki, “Milan” İquinin 1 illik icarəsi üçün “Yuventus”a 18 milyon avro ödəyib. Müqavilədə belə bir bənd var ki, Milan təmsilçisi mövsümün sonunda Turin klubuna 36 milyon avro ödəyib, onu birdəfəlik transfer edə bilər.
 

Daha çox


Son xəbərlər
17.06.19  11:00

Larssonun yeni klubu