Müller üzr istədi

Müller üzr istədi
XƏBƏR 13 Dekabr 2018 / 17:40 2426
-  A +

“Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Ayaks”la matçda (3:3) rəqib oyunçu Nikolas Taqliafikoya etdiyi hərəkətə görə üzr istəyib.

Qol.az xəbər verir ki, bu barədə o, özünün rəsmi "Tvitter" hesabında yazıb: "Dünənki hadisəyə görə  Nikolas Taqliafikodan üzr istəyirəm. Bu hərəkəti qəsdən etməmişdim. Ona tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, Müller matçın 75-ci dəqiqəsində N.Taqliafikonun başına ayaqla zərbə endirib. Alman futbolçu etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı