"Şeydayev daha çox oynamağa layiqdir" - baş məşqçi

"Şeydayev daha çox oynamağa layiqdir" - baş məşqçi
XƏBƏR 13 Dekabr 2018 / 16:05 3314
-  A +

"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç komandanın hücumçusu Ramil Şeydayev haqda danışıb.

Qol.az-ın xəbərinə görə, klubun rəsmi saytına geniş müsahibəsində millimizin üzvünü xüsusi fərqləndirib. Çernoqoriyalı mütəxəssis həmyerlimizə oynamaq üçün daha çox şans verilməli olduğunu bildirib:

"Futbolçuları yalnız oyun vaxtı görməklə hər gün onlarla danışmaq fərqli şeylərdir. Bu mənada, əvvəl izlədiyin oyunçular barədə sonradan fikrinin dəyişməsi normaldır. Futbolçu var ki, ona qarşı fikrim mənfiyə, bəzilərinə qarşı isə müsbətə doğru dəyişib. Çalışdığım futbolçulardan Şeydayevi qeyd edərdim. Bu futbolçu ona verilən şansdan daha çoxuna layiqdir. Ümid edirəm ki, hazırkı vəziyyəti dəyişmək üçün imkan olacaq".

Qeyd edək ki, Bojoviç bu ilin oktyabr ayının 5-dən "Krılya Sovetov"a başçılıq edir.


Son xəbərlər