"Neftçi"nin iki rəqibi müəyyənləşdi

"Neftçi"nin iki rəqibi müəyyənləşdi
XƏBƏR 13 Dekabr 2018 / 14:37 2643
-  A +

"Neftçi”nin qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda yanvarın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberes, Çexiya) klubları ilə qarşılaşacaq. Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən oteldə məskunlaşacaq.


Son xəbərlər