UEFA iki klubumuza pul ayırdı

UEFA iki klubumuza pul ayırdı
XƏBƏR 13 Dekabr 2018 / 12:27 2752
-  A +

Azərbaycanın “Zirə” və “Qəbələ” klublarına UEFA tərəfindən vəsait ayrılıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən gerçəkləşib.

AFFA-nın vasitəçiliyi ilə Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Zirə”nin 25 min 10 avro, “Qəbələ”nin 26 min 140 avro hesablarına köçürülüb.


Son xəbərlər