Tacikistan mətbuatı: “Reqar-Tadaz” mümkün olmayanı etdi”

XƏBƏR 21 Yanvar 2009 / 12:46 2702
-  A +

Bu gün Azərbaycan çempionu “İnter”lə qarşılaşacaq Tacikistan çempionu “Reqar-Tadaz”ın futbolçuları bu ölkədə az qala milli qəhrəman kimi təqdim olunurlar. Qol.Az-ın Tacikistanın khovar.tj saytına istinadən yaydığı xəbərə görə, demə, bunun xüsusı səbəbi varmış: “Son qrup matçında “Şaxtyor”u darmadağın edən Tacikistan çempionu “Reqar-Tadaz” 1/4 finala vəsiqə qazanmaqla mümkün olmayanı etdi. Bu, 17 illik “Birlik kuboku” tarixində Tacikistan klublarının ilk belə uğurudur. 7 ildir bu turnirdə iştirak edən “Reqar-Tadaz”ın 1/4 finala adlayan ilk tacik klubu olması adıçəkilən komandanın futbolçuları üçün ikiqat bayramdır”.
Sonda onu da deyək ki, tacik mətbuatı komandamızın çox güclü olduğunu vurğulamaqla həmyerlilərinin məğlubiyyətini təbii qarşılayacaqlarını bildiriblər.


Son xəbərlər