Qurban Qurbanovdan Reynaldo açıqlaması

Qurban Qurbanovdan Reynaldo açıqlaması
XƏBƏR 13 Dekabr 2018 / 09:50 7928
-  A +

"Reynaldo haqqında hələ tam qərar verilməyib. Belə bir fikir var. Bu barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik".

Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.

"Təəssüf ki, hücumdakı problemlər bir oyunçu ilə həll olunmur. Ümumiyyətlə, komanda oyun planında hücum xəttində daha aktiv olmalıdır. Ayrı-ayrılıqda daha keyfiyyətli futbolçuların olması şərtdir. Belə bir transferimiz alınsa, inanırıq ki, problemimiz həll olunacaq" - deyə o bildirib (Report).


Son xəbərlər