"Azərbaycanı hər iki oyunda məğlub etməliyik" - slovakiyalı futbolçu

"Azərbaycanı hər iki oyunda məğlub etməliyik" - slovakiyalı futbolçu
XƏBƏR 11 Dekabr 2018 / 15:39 1672
-  A +

"Rəqiblərimizi özümüz seçə bilmərik. Hansı komanda ilə düşmüşüksə, onunla da oynamalıyıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiyanın 21 yaşadək futbolçularından ibarət Slovakiya yığmasının kapitanı Kristian Herts yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. AÇ-2021-in seçmə mərhələsində millimizin də yer aldığı 2-ci qrupdakı rəqibləri dəyərləndirən 20 yaşlı yarımmüdafiəçi Azərbaycan, Gürcüstan və Lixtenşteyni həm evdə, həm də səfərdə məğlub etməli olduqlarını bildirib:

"Qrupumuzda əsas millisi son dünya çempionu olan Fransa yığması var. Bu rəqiblə bərabər səviyyədə 2 möhtəşəm oyunumuz olacaq. İsveçrəlilər də yaxşı rəqibdir. Onların futbolunda əvvəlki illərlə müqayisədə sıçrayış var. A millinin nəticələri də bunu deməyə əsas verir. Digər rəqiblər isə bizə elə də tanış deyil. Gürcüstan, Azərbaycan və Lixtenşteyn kimi komandaları həm evdə, həm də səfərdə məğlub etməliyik. Final mərhələsinə vəsiqə qazanmaq üçün Fransa və İsveçrə ilə də mübarizə aparmalıyıq".

Qeyd edək ki, Slovakiya millisi Azərbaycan, Fransa, İsveçrə, Gürcüstan və Listenşteynlə birlikdə 2-ci qrupda mübarizə aparacaq. Seçmə mərhələnin oyunları 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekunlaşacaq. Pley-off oyunları 2020-ci il 9 - 17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı