Qurban Qurbanovun AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina etməsi ilə bağlı bu gün Qol.az saytında yayımlanan xəbərdən sonra məşqçi ilə federasiya arasında artıq ləğv edilən əməkdaşlığa dair yeni maraqlı məqamlar ortaya çıxıb.
Qurban Qurbanov təzminatdan niyə imtina edib?
Daha öncə yaydığımız xəbərdə bildirilir ki, "Qarabağ"ın çalışdırıcısı bununla bağlı fikrini ötən şənbə günü AFFA İcraiyyə Komitəsinin iclası zamanı federasiya rəhbərliyinə çatdırıb.
Məhz həmin iclasda Qurbanovla müqavilənin ləğv edilməsi haqda qərar çıxarılıb. Həmin xəbərdə qeyd olunur ki, 46 yaşlı məşqçi ilə ötən il imzalanmış 6 illik müqavilənin müddəti cəmi 1 il çəkib. Sənəd vaxtından əvvəl ləğv olunduğundan Qurbanovla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, ona təzminat ödənməlidir. AFFA üzərinə götürdüyü bu hüquqi öhdəliyi yerinə yetirməyə hazır olsa da, Qurbanov millidə pula görə işləmədiyini söyləyərək təzminatdan boyun qaçırıb.
Millidəki fəaliyyətinə görə Q.Qurbanova AFFA-nın konkret nə qədər ödəməsi barədə məlumat verilmir. Amma daha əvvəl millimizi çalışdırmış Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinə illik 1 milyon 200 min avro ödəndiyi barədə xəbərlər var idi.
Qurbanovun istefaya göndərildiyi iclas
AFFA-nın açıqlaması...
Bu xəbərdən dərhal sonra federasiya azerisport.com saytı vasitəsi ilə məlumat yayaraq bildirib ki, Q.Qurbanov təzminatdan imtina ilə bağlı AFFA-ya rəsmi müraciət etməyib. Elə bu yazıda sensasiya sayıla biləcək bir fakt ortaya çıxıb. Sayt yazıb ki, Q.Qurbanovla müqavilə Avro-2020-nin sonuna qədər imzalandığından ona 5 illik deyil, 2 illik təzminat haqqı verilə bilər.
Bu yerdə müəyyən suallar yaranır. Axı, ötən il Q.Qurbanovun milliyə təyinatı rəsmən açıqlananda AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirmişdi ki, “Qarabağ”ın çalışdırıcısı ilə 6 illik müqavilə bağlanıb.
İstər təzminat, istərsə də müqavilə məsələsi ilə bağlı Q.Qurbanovun özünün mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Lakin məşqçinin yaxın ətrafından Qol.az-a bəlli olub ki, onunla AFFA arasında həqiqətən 3 illik müqavilə bağlanıbmış.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da Qol.az-a açıqlamasında Q.Qurbanovla 3 illik müqavilə imzalandığını təsdiqləyib. O qısaca olaraq deyib ki, 46 yaşlı mütəxəsislə 6 illik əməkdaşlıq nəzərdə tutulub, amma ilkin olaraq 3 illik müqavilə bağlanıb.
Elxan Məmmədov
Bu müqavilə isə ötən həftənin şənbə günü AFFA İcraiyyə Komitəsinin iclasında rəsmən ləğv olunub. Federasiyanın baş katibi Elxan Məmmədov həmin günü jurnalistlərə bildirib ki, qərarın verilməsində Q.Qurbanovun iki işdə işləməsinin çətinliyi əsas rol oynayıb: “Onun millidəki nəticələrinə baxıldıqdan sonra qərar qəbul edildi ki, fəaliyyətini bir işdə davam etdirsin və yığma komandanın baş məşqçisi kimi müqaviləsinə xitam verilsin. Bizim üçün “Qarabağ”ın beynəlxalq arenada və daxili çempionatda uğurlu çıxışı və gələcək inkişafı çox vacibdir. Başa düşürük ki, iki komandanın baş məşqçisi olmaq çox ağır yükdür”.
Əmrah Çelikel
Bu arada “Qarabağ” Q.Qurbanovun istefaya göndərilməsi ilə bağlı mövqeyini açıqlayıb. Klubun direktoru Əmrah Çelikel matc.az saytına bildirib ki, Q.Qurbanov ağır yükün altından çıxmağı bacarıb: “Onun göstərdiyi nəticələr göz önündədir. Bu gün "Qarabağ"da heç bir problem yoxdur. O, millidə çalışdığı dönəmdə də olmayıb. AFFA rəhbərliyinin qərarına hörmətlə yanaşırıq. Milli komanda hamımızın fəxridi və ona xidmət etmək bizim borcumuzdur. Bizim Qurban müəllimə həmişə tam dəstəyimiz olub. Millini çalışdırdığı vaxtda da, ondan sonra da”.
Qurban Qurbanovun rədd etdiyi təzminatın məbləği...
Yenicag.az saytı isə yazıb ki, Qurban Qurbanov yığmanın baş məşqçisi olaraq aylıq 17 min manat maaş alıb. Bu isə illik 204 min manat deməkdir. Beləliklə, AFFA-nın qarşıdakı iki il üçün müqaviləni vaxtından əvvəl ləğv etdiyini nəzərə alsaq, Q.Qurbanovun 408 min manatdan imtina etdiyi üzə çıxır.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu