"Qarabağ"dan Reynaldo açıqlaması

"Qarabağ"dan Reynaldo açıqlaması
ÖLKƏ FUTBOLU 11 Dekabr 2018 / 11:23 6512
-  A +

"Qarabağ" "Aktobe"nin hücumçusu Reynaldo Silva ilə danışıqları davam etdirir.

Bu barədə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl məlumat verib.

Ağdam klubu sabiq forvardını qaytarmağa çox yaxındır. Çəlikəl "Aktobe" ilə müqavilə müddəti başa çatan və azad agent statusu daşıyan "sambaçı" ilə yaxın günlərdə orta məxrəcə gələcəklərini istisna etməyib: "Reynaldo ilə danışıqlarımız davam edir. Hələlik ortada rəsmi anlaşma yoxdur. İnanırıq ki, qarşıdakı günlərdə razılıq əldə olunacaq. Belə olarsa, onunla müqavilə bağlanacaq. "Arsenal"la matçdan sonra danışıqları yekunlaşdırmağı planlaşdırırıq".

Qeyd edək ki, Reynaldo Silva 2013-2017-ci illərdə "Qarabağ"ın formasını geyinib.

Mənbə: matc.az

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq