Millimizi o çalışdıra bilər - italiyalıdır

Millimizi o çalışdıra bilər  - italiyalıdır
ÖLKƏ FUTBOLU 10 Dekabr 2018 / 21:36 7875
-  A +

Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri müəyyənləşib.

Qol.az-ın məlumatına görə, Qurban Qurbanovun istefaya göndərilməsindən sonra əsas namizədlərdən biri Albaniya millisinin sabiq çalışdırıcısı Canni de Byazidir. Onun hələ ötən il, Qurbanovun milliyə gəlişinə qədər də namizədliyinin müzakirə olunduğu bildirilir. Hazırda yenə də italiyalı mütəxəssisin yığmaya gətirilməsi ideyası var.

Qeyd edək ki, Canni de Byazi 2011-2017-ci illərdə çalışdırdığı Albaniya yığmasını tarixində ilk dəfə - 2016-cı ildə Avropa çempionatının final mərhələsinə yüksəldib. O, 2017-ci ilin sentyabrında baş məşqçi təyin edildiyi "Alaves"dən  isə  elə həmin ilin noyabrın 27-i qovulub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı