Torreyra da "Qarabağ"a qarşı oynamayacaq

Torreyra da "Qarabağ"a qarşı oynamayacaq
DÜNYA FUTBOLU 10 Dekabr 2018 / 18:49 1373
-  A +

"Arsenal"ın daha bir futbolçusu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Qarabağ"la matçını buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvlərindən Lukas Torreyra da Ağdam klubuna qarşı qarşılaşmada forma geyinməyəcək. Ancaq uruqvaylı futbolçunun oynamaması zədə ilə bağlı deyil. "Topçular"ın baş məşqçisi Unai Emeri bu mövsüm əla təsir bağışlayan Torreyraya istirahət verməyi planlaşdırır. Onun yerinə isə zədədən yenicə qayıdan Mesut Özilin meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Arsenal"da zədəli futbolçular Rob Holdinq və Denni Uelbekin "Qarabağ"la matçı buraxacaqları dəqiqdir. Digər zədəlilər Şkodran Mustafi və Sokratis Papastatopulosun oynaması isə sual altındadır. Uzunmüddətli zədədən qayıdan Loren Koselni isə artıq tam hazırdır.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı