"Qarabağ"ın əsas futbolçuları niyə əvəzedici heyətdə oynayıb?

"Qarabağ"ın əsas futbolçuları niyə əvəzedici heyətdə oynayıb?
ÖLKƏ FUTBOLU 10 Dekabr 2018 / 17:40 6404
-  A +

"Qarabağ-2"nin bu gün birinci divizionun 13-cü turunun "Sabah-2" ilə oyununda əsas komandanın 6 üzvü iştirak edib.

Qol.az-ın məlumatına görə, Ağdam klubunun əvəzedicilərinin heyətində meydana çıxanlar arasında Araz Abdullayev, Rahil Məmmədov, Abbas Hüseynov, Ansi Aqolli, Hacıağa Hacılı və Coşqun Diniyev də olub. Oyun təcrübəsinin azlığından əziyyət çəkdikləri üçün həmin futbolçulara aşağı dəstənin oyununda şans verilib.

Qeyd edək ki, "Qarabağ-2"nin 2:0 hesabı ilə qalib gəldiyi matçda ilk qolu Araz Abdullayev vurub.

Həmin oyunun videoicmalını təqdim edirik:

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın