"Özil mənimlə danışmaq istəmir" - Löv

"Özil mənimlə danışmaq istəmir" -  Löv
DÜNYA FUTBOLU 10 Dekabr 2018 / 17:09 3526
-  A +

“Arsenal”ın futbolçusu Məsut Özil Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə danışmaq istəmir.

Qol.az-ın məlumatına görə, bunu Bundestimin çalışdırıcısı Almaniya mətbuatına açıqlamasında deyib.

“Mən “Arsenal”ın bazasına baş çəkərkən, Məsut orda yox idi. Onunla danışmaq istəyim alınmır. Belə çıxır ki, o, mənimlə söhbət etmək istəmir.  Səbəbini bilmirəm. Məsut yığmadan getməklə bağlı qərar verəndə məni məlumatlandırmamışdı. Buna görə bərk məyus olmuşdum.  Hər şeyin başqa cür olmasını istəyərdim. Bir halda ki, Özil belə olmasını istəyir, qoy belə də olsun”.

Qeyd edək ki, Özil şəxsi "Twitter" hesabından millidəki karyerasını başa vurduğunu açıqlamışdı. 30 yaşlı yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirib.

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq