Araz "Qarabağ"ın əvəzedici heyətində qol vurdu - birinci divizion

Araz "Qarabağ"ın əvəzedici heyətində qol vurdu - birinci divizion
XƏBƏR 10 Dekabr 2018 / 16:26 2707
-  A +

Birinci divizionda 13-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun bütün görüşləri eyni gündə keçirilib. Bununla da aşağı dəstədə birinci dövrə başa çatıb.

"Qarabağ"ın əsas oyunçularından Araz Abdullayevin də meydana çıxdığı görüşdə Ağdam klubunun ikinci komandası evdə "Sabah-2" ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Görüşdə "Qarabağ-2"nin ilk qolunu 52-ci dəqiqədə məhz Araz vurub.

Turun digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb.


Birinci divizion, 13-cü tur

10 dekabr (bazar ertəsi)

14:00. "Şüvəlan" - "Keşlə-2" - 0:1
Qol:
Qədir Bayramlı, 53

14:00. "Sumqayıt-2" - "Zirə-2" - 4:0
Qollar:
Elvin Dəmirov, 15 (1:0), Fərid Kərimzadə, 32 (2:0), Murad Xaçayev, 40 (3:0), Məhəmməd Alıyev, 75 (4:0)

14:00. "Səbail-2" - "Turan Tovuz" - 4:1
Qollar:
Rubin Seyidov, 15 (1:0), Əli Bağırov, 55 (1:1), Əsədulla Heydərov, 60 (2:1), Nazim Kərimli, 82 (3:1), Xəyal Bədirov, 90 (4:1)

14:00. "Ağsu" - "Kəpəz" - 0:0
Qırmızı vərəqə:
Ruslan Süleymanov ("Kəpəz"), 83

14:00. "Qarabağ-2" - "Sabah-2" - 2:0
Qollar:
Araz Abdullayev, 52, Eldost Qiyasbəyli, 90+4-avtoqol (2:0)
Qırmızı vərəqə: Əli Səmədov ("Sabah"-2), 43

14:00. MOİK - "Qaradağ Lökbatan" - 1:2
Qollar:
Aqşin Muxtaroğlu, 8 (0:1), 45+2 (0:2), Məmməd Məmmədov, 56 (1:2)

14:00. "Neftçi-2" - "Zaqatala" - 2:3
Qollar:
Roini İsmayılov, 9 (0:1), Hüseyn Hüseynzadə, 26 (1:1), Elçin Hafizli, 40 (2:1), Cavad Kazımov, 56 (2:2), 90+4 (2:3)
Qırmızı vərəqə: Nihad Qurbanlı ("Neftçi-2"), 66


Son xəbərlər