"Bəlkə də, Messi mənim üçün darıxır" - Ronaldo

"Bəlkə də, Messi mənim  üçün darıxır" -  Ronaldo
DÜNYA FUTBOLU 10 Dekabr 2018 / 16:00 5974
-  A +

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Barselona”nın futbolçusu Lionel Messi haqqında danışıb.

Qol.az-ın məlumatına görə, 33 yaşlı hücumçu “La Gazzetta dello Sport”a müsahibəsində  Messi haqqında müsbət fikirlərlər səsləndirib:

“Bəlkə də, Messi mənim üçün darıxır. O, hələ də İspaniyada oynayır. Amma mən İngiltərə, İspaniya, Portuqaliya və İtaliyada oynamışam. Bəlkə, mənə daha çox ehtiyacı var. Həyat mənim üçün mübarizə meydanıdır və mən bunu çox sevirəm. Messinin bir gün İtaliyada oynamasını istəyərəm. Ancaq orada xoşbəxtdirsə, buna da hörmət edirəm. Fantastik bir futbolçu, çox yaxşı insandır".

O, daha sonra sabiq komandası “Real” haqda da fikir bildirib: “Madriddəki komanda yoldaşlarım da təvazökar idi, amma burdakılar qədər deyil. Hazırda oynadığım heyət mənə görə indiyədəkki ən yaxşı heyətdir”

Son xəbərlər