"Arsenal" - "Qarabağ" oyununun hakimləri bilindi

"Arsenal" - "Qarabağ" oyununun hakimləri bilindi
ÖLKƏ FUTBOLU 10 Dekabr 2018 / 14:30 2245
-  A +

Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı danimarkalı hakimlər birqadası idarə edəcək.

Matçı Yens Qrabski Maae idarə edəcək. Onun koməkçiləri Lars Hummelqaard və Heyne Sorensen olacaq. Dördüncü hakim funksiyasını Yesper Dal yerinə yetirəcək.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı