Jurnalistikamızın canlı əfsanəsi Şakir Yaqubov bir yazısında qeyd etmişdi ki, 1991-ci ildə, hələ cavan olan (cəmi 45 yaş), lakin zahirən azı 60 yaşlı qocanı xatırladan Anatoli Banişevski unudulmaz həmkarımız (yeri gəlmişkən, mənim də jurnalistikada müəllimim), rəhmətlik Adil Qaçayoğluna verdiyi müsahibədə deyirdi:
“Mən siyasətbazlığı öz ləyaqətimdən aşağı sayıram, siyasətlə həqiqi mənada məşğul olmaq isə mənim imkanlarımdan xaricdir. Amma qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi: “Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm”. Heç kəsə deməmişəm, indi sizə deyirəm: hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam. Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam. Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm..."
Ən böyük, səmimi, təmənnasız patriotluq həm də belə olur...
***
Bu sözləri dəyəndən 3-4 il sonra Banişevski yaşamaq uğrunda son mübarizəni aparırdı. Və elə həmin həssas, bir insanın taleyinin həll olunduğu dövrlərdə bəzi futbol adamları və işbazlar onun adından istifadə edərək pul qazanırdılar. Baş verən bir hadisə isə mənəviyyatsızlığın lap zirvəsi idi. Sağlığında onun şərəfinə futbol turniri keçirərək pul yemişdilər. Dava-dərman almaq üçün pula dəhşətli dərəcədə ehtiyacı olan Banişevskinin özünə isə kələk gəlib saxta 50 dollar vermişdilər!
***
Hə, Banişevski 20 ildi bizimlə deyil. Danışanda hamı onu qəlbində yaşatdığını deyir. Sən də, mən də, elə AFFA da. Amma Azərbaycanın bu böyük oğlunun adını daşıyan stadion bu gün mal-qaranın otlaq yerinə çevrilib.
Masallı Rayon İcra Hakimiyyəti, heç ayıb deyil?
Və AFFA-ya da bir sual: Bakıda inəyin, qoyunun otlamadığı 3-4 baxımlı stadionunuz var, niyə birinə Banişevskinin adını vermirsiniz? "Neftçi" klubu, niyə oynadığınız stadionda əfsanəvi oyunçunuzun adını əbədiləşdirmirsiniz?
Aydın BAĞIROV
[email protected]
P.S. Bu yazını ötən ilin bu günü yazmışdım. Banişevskinin vəfatının 20-ci ilində. Bu gün isə 21 il keçir. Və göründüyü kimi, son bir ildə dəyişən heç nə olmayıb.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video