Məsut Özil sağaldı - “Qarabağ”a qarşı oynayacaq?

Məsut Özil sağaldı -  “Qarabağ”a qarşı oynayacaq?
XƏBƏR 10 Dekabr 2018 / 10:48 1129
-  A +

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la qarşılaşacaq "Arsenal" oyunun hazırlıqlarına başlayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun zədəli yarımmüdafiəçisi Məsut Özil də artıq sıraya qoşulub.

Son dəfə bir ay əvvəl - noyabrın 11-də "Vulverhempton"la matçda meydana çıxan almaniyalı futbolçu dörd oyunu buraxıb. Türk əsilli futbolçu dünəndən komanda ilə birgə məşqlərə başlayıb. Onun “Qarabağ”la oyunda iştirak edib-etməyəcəyi fiziki hazırlıq üzrə məşqçinin rəyindən asılıdır.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki