Bundesliqada 14-cü tur başa çatdı

Bundesliqada 14-cü tur başa çatdı
XƏBƏR 10 Dekabr 2018 / 01:20 1341
-  A +

Almaniya bundesliqasında 14-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub. Günün ilk görüşündə "Hannover" səfərdə "Maynts"ın qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqların heyətində 12-ci dəqiqədə Hendrik Veydant fərqlənib. Meydan sahiblərinin qolunu isə 88-ci dəqiqədə penaltidən Daniel Brosinski vurub.

Turun son oyunu isə bolqollu olub. Doğma meydanda "Ştutqart"ı qəbul edən "Borussiya" rəqibin qapısından 3 cavabsız qol keçirib. Münhenqladbax təmsilçisinin heytəində ilk iki qolu Rafael (69) və Florian Nefaus (77) vurublar. 3-cü qolu isə 84-cü dəqiqədə qonaqların müdafiəçisi Benjamin Pavar öz qapısından keçirib.

"Borussiya" bu qələbədən sonra 29 xalla 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 36 xalı olan Dortmund "Borussiya"sı başçılıq edir. Son çempion "Bavariya" isə 27 xalla 3-cüdür.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı