"Sumqayıt" müdafiədə oturmuşdu" - Rəhman Hacıyev

"Sumqayıt" müdafiədə oturmuşdu" - Rəhman Hacıyev
XƏBƏR 10 Dekabr 2018 / 00:46 1537
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Topaz Premyer Liqanın 14-cü turunun "Sumqayıt”la oyunundan (0:0) sonra klubun rəsmi saytına açıqlama verib.

Qol.az-ın məlumatına görə, hər xalın çöx önəmli olduğunu bildirən yarımmüdafiəçi artıq kubok oyunlarına köklənməyin vacibliyini vurğulayıb:

"Hər matça qələbə qazanmaq üçün çıxırıq. Çünki hər bir xal bizim üçün çox önəmlidir. Lakin bu oyun çox ağır oldu. Rəqib müdafiədə oturmuşdu, qol buraxmamağa çalışırdı. Yalnız əks-hücumlara bel bağlayırdı. Ona görə də qol vurmağa çətinlik çəkdik. Düzdür, fərqlənmək üçün imkanlarımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Artıq kubok oyunlarına köklənməliyik".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı