"Əsas odur ki, Qurban müəllimə yaxşı olsun" - Mahir Mədətov

"Əsas odur ki, Qurban müəllimə yaxşı olsun" - Mahir Mədətov
ÖLKƏ FUTBOLU 10 Dekabr 2018 / 00:27 3729
-  A +

"Qarabağ"ın hücumçusu Mahir Mədətov Topaz Premyer Liqanın XIV turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra müsahibə verib. Qarşılaşma ilə bağlı fikirlərini bölüşən gənc futbolçu daha sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- 6:0 hesablı qələbə sənin üçün gözlənilməz oldu?

- Tək mən yox, hamımız üçün gözlənilməz oldu. Düşünürəm ki, rəqib ikinci hissədə irəli atıldı və ona görə arxada boşluqlar verdi. Biz də bundan istifadə etdik. Ona görə də hesab belə böyük oldu. İlk hissədə vurduğumuz 3 qol bizə əlavə stimul verdi. Çalışırdıq ki, oyuna nəzarət edək. Bu da bizdə alınırdı. Amma hesabın oyuna görə olduğunu desəm, düzgün çıxmaz.
 
- Komanda iki oyuna 11 qol vurub. Futbolçularınız hansı vitaminləri qəbul edib?

- Yəqin ki, düzgün işləyirik. Oyunlarımız da yaxşı alınır. Komandada ruh yüksəkliyi artıb. Bunun başqa bir səbəbi yoxdur.
 
- Bombardirlik yarışında Baqali Daboya çatdın...

- O barədə hələ ki, düşünmürəm. Reallıq odur ki, hazırda ikinci pillədəyik. Fikrimizi ona yönəltmişik ki, birinci yerə necə yüksələ bilərik. Bombardir olmağın mənim üçün önəmli deyil. Əsas odur ki, çempion olaq.
 
- Qurban Qurbanov milli komanda ilə vidalaşdı. Bu barədə nə deyə bilərsən?

- Qərar belə olub. Buna hörmətlə yanaşmaq lazımdır. Əsas odur ki, Qurban müəllimə yaxşı olsun.(sport24.az)

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı