“Çox maraqlı oyun alındı. Bu gün gördük ki, bütün komandalar avrokuboklara düşmək üçün layiqli mübarizə aparır. Belə getsə, çempion son turda bəlli olacaq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 14-cü turunda “Qəbələ” ilə evdə keçirilən oyundan (0:0) sonra mətbuat konfransnda deyib.
Gənc çalışdırıcı komandasının oyunundan razı qaldığını bildirib: “Qarşıda iki kubok matçımız var. Bu görüşlərdə də maksimum nəticə qazanmağa çalışacağıq”.
A.Hacıyev komandanın aparıcı futbolçularından olan Ruslan Qurbanovu əvəzedici heyətə göndərdiyini və bunun səbəbini açıqlayıb: “Hər oyundan bir gün qabaq toplaşırıq. Ruslan Qurbanov bazanı icazəsiz tərk etdiyi üçün cəzalanıb və əvəzedici heyətə göndərmişik. Onun istəyi ilə deyil, lazım gəlsə əvəzedici heyətdə oynayacaq. Həm də indi zədəsi var. Qurbanovun qış fasiləsində komandanı tərk edib-etməyəcəyi barədə heç nə deyə bilmərəm. Edqar Paçekodan başqa qarşılıqlı razılaşma əsasında başqa futbolçuların da göndərilməsi mümkündür".
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi