“Əminliklə deyirəm ki, fasilədən sonra “Qəbələ” qələbələri sıralayacaq”

“Əminliklə deyirəm ki, fasilədən sonra “Qəbələ” qələbələri sıralayacaq”
ÖLKƏ FUTBOLU 9 Dekabr 2018 / 20:35 1915
-  A +

"Qələbə qazanmaq istəyirdik. Bunun üçün bəzi taktiki gedişləri gerçəkləşdirməli idik. Belə gedişlərin üzərində həm məşqlərdə, həm nəzəri hazırlıq zamanı çox çalışmışdıq. Oyundan razı qaldım. Həmin elementləri meydançada reallaşdırsaq da, qol imkanlarından yararlana bilmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 14-cü turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri oyundan(0:0) keçirilən mətbuat konfransında deyib.
38 yaşlı çalışdırıcı qış fasiləsindən sonra komandasının qələbələr sıralayacağını səyləyib:

"Rəqibin də fərqlənmək şansları oldu. Bu da normal haldır. Biz daha çox qələbə qazanmaq istəyirdik ki, xal fərqi böyüməsin. Nəticə qane etməsə də, oyun ümid verdi. Sevindiricidir ki, rəqibin analizinə əsasən verilən tapşırıqları futbolçular düzgün başa düşüb yerinə yetirdi. Qol imkanlarımız da bunlara əsasən yarandı. Təəssüflər olsun ki, həmin epizodları qola çevirə bilmədik. Qarşıda mövsümün ikinci yarısı var. Bu, bizim ilk yarıda son oyunumuz idi. İnanıram ki, “Qəbələ” qış fasiləsindən sonra qələbələri sıralayacaq. Bunu əminliklə deyə bilərəm. Qış fasiləsində komandadan heç kimi göndərmək fikrimiz yoxdur. Bu kollektivi daha da möhkəmləndirmək istəyirik. Ola bilər ki, heyətə yeni oyunçular cəlb olunsun".

Daha çox


Son xəbərlər