"Bir insanın 22 futbolçunu idarə etməsi çətindir" - Tərlan Əhmədov

"Bir insanın 22 futbolçunu idarə etməsi çətindir" -  Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 9 Dekabr 2018 / 18:40 2453
-  A +

"Maraqlı oyun izlədik. Futbolçulara təşəkkür edirəm. Oyundan-oyuna daha da yaxşı oluruq. Son 15 dəqiqəni çıxmaq şərtiylə, komandamın oyunundan razı qaldım. Üç xal bizim üçün çox vacib idi. 2018-ci ilin son oyununda qələbə qazanmaq istəyirdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 14-cü turunda səfərdə "Sabah"a qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

- Diallo və Seymurun səhvləri sizin etirazınıza səbəb oldu. Onların oyunu sizi qane etdimi?

- Səhvsiz oyunçu olmur. Bütün komandadan razı qaldım. İstəkli idik. Hərəkət edən futbolçu səhv etməlidir.

- Sərtan Taşqın əvəzləmə istəyirdi, nə üçün dəyişdirmədiz onu?

- Oyunun gedişatında oyunçu dəyişiklik istəsə, etmək olar. Ancaq Sərtanın meydanda qalmağını istədim. Dəyişikliyi tez etsəydim, bu, bizə pis təsir edərdi.

- Elnur Cəfərovu cəzalandırmısızmı?

- Heç kimi cəzalandırmamışam. Mən gələndə cəzalı idi. İkinci komandamızdadı. Oyunlarını izləyirəm, 19 yaşlıların da matçlarına baxıram. Elnurun oyunundan razı deyiləm.

- İki dəfə ehtiyat oyunçular skamyasında əyləşənlərdən susmalarını istədiz. Etirazınız kimlərə idi?

- Bu, bütün futbol dünyasında olur. Bəzən insan tez əzəbləşir. Bir insanın 22 futbolçunu idarə etməsi çətindir.

 

Daha çox


Son xəbərlər