Deviç yenə zədələndi

Deviç yenə zədələndi
XƏBƏR 9 Dekabr 2018 / 16:09 1440
-  A +

"Sabah"ın hücumçusu Marko Deviçin Topaz Premyer Liqanın14-cü turunda bu gün "Keşlə"yə qarşı oynamamasının səbəbi məlum olub.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, serb əsilli ukraynalı futbolçu zədə səbəbindən bugünkü matçı buraxmalı olub. 35 yaşlı forvard oyunöncəsi məşqlərdən birində ayağından xəsarət alıb.

Qeyd edək ki, zədədən yenicə qayıdan Deviç 6 qolla "Sabah"ın bombardiridir. Onu çempionatın ən sərrast futbolçusu Baqali Dabodan ("Neftçi") cəmi 1 qol ayırır.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord