Ramil islandiyalı futbolçuya hücum çəkdi - topdaşıyan uşağa görə

Ramil islandiyalı futbolçuya hücum çəkdi - topdaşıyan uşağa görə
DÜNYA FUTBOLU 9 Dekabr 2018 / 10:18 5665
-  A +

Rusiya Premyer Liqasının 17-ci turunun "Rostov"la oyununda (1:0) sarı vərəqə alan Ramil Şeydayevin cəzalandırılmasının səbəbi müəyyənləşib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, millimizin üzvü rəqib komandanın müdafiəçisi Raqnar Siqurdssona hücum çəkdiyi üçün rəsmi xəbərdarlıq alıb. İslandiyalı futbolçu bilərəkdən topla topdaşıyan uşağı vurub. Bundan sonra Siqurdssonun üstünə qaçan Ramil ona sərt şəkildə etirazını bildirib və rəqib futbolçunu itələyib. Komanda yoldaşları azərbaycanlı hücumçunu çox çətinliklə sakitləşdirə biliblər. Nəticədə görüşün baş hakimi Siqurdssona qırmızı, Şeydayevə isə sarı vərəqə göstərib.

Qeyd edək ki, Ramil 80-ci dəqiqədə meydana daxil olub və 2 dəqiqə sonra cəzalandırılıb.


Son xəbərlər