"Qalatasaray" xal itirdi, "Trabzonspor" uddu

"Qalatasaray" xal itirdi, "Trabzonspor" uddu
DÜNYA FUTBOLU 8 Dekabr 2018 / 22:50 2793
-  A +

Türkiyə Superliqasında 15-ci turun matçları davam edir.

Qol.az-ınməlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma keçirilib. Çempionluğa iddialılardan "Qalatasaray" turu xal itkisi ilə başa vurub. İstanbul təmsilçisi doğma meydanda "Rizespor"la bərabərə qalıb. 40-cı dəqiqədə Qari Rodriges, 58-ci dəqiqədə isə Eren Derdiyokun qolları ilə 2 top fərqi ilə önə çıxan "Cim-Bom" görüşün sonlarına doğru üstünlüyü əldən verib. "Sarı-qırmızılılar" 67-ci dəqiqədə Aminu Umar, 80-də isə Brayan Samudionun fərqlənməsinə mane ola bilməyib.

Günün digər oyunlarında isə "Trabzonspor" evdə "Konyaspor"u 3:0, "Sivasspor" isə "Göztepe"ni 2:0 hesabı ilə məğlub edib. Tura sabah və birigün keçiriləcək matçlarla yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 30 xalla "Başakşəhər" başçılıq edir. İkinci pillədəki "Kasımpaşa"nın 26 xalı var. Eyni - 25 xala malik "Beşiktaş" 3-cü, "Trabzonspor" 4-cü, "Qalatasaray" isə 5-cidir.
 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı