"Qəbələ" "Səbail"ə qarşı - 8-ci dəfə

"Qəbələ" "Səbail"ə qarşı - 8-ci dəfə
XƏBƏR 8 Dekabr 2018 / 20:37 1302
-  A +

"Qəbələ" Topaz Premyer Liqasının 14-cü turunda səfərdə “Səbail”lə üz-üzə gələcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu matç rəqiblər arasında 8-ci duel olacaq. İndiyə qədər keçirilən 7 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 5 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Əyalət təmsilçisi 16, rəqib 7 dəfə fərqlənib.

“Qəbələ” əvvəlki 7 dueldə meydanı qolsuz tərk etməyib. “Səbail”in qapısından Baqali Dabo 6, Famussa Kone 3 top keçirib.

Premyer Liqada keçirilən 5 matçda 3 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və 1 dəfə uduzub. “Qəbələ” top fərqində də üstündür – 11:5.

Paytaxt təmsilçisinin meydanındakı bütün oyunlarda hər iki komanda qol sevinci yaşayıb. 2 dəfə qalib gəlib, 1 dəfə uduzan “Qəbələ” top fərqində öndədir – 5:3.

Xatırladaq ki, sabah "Bayıl Arena"da keçiriləcək oyun saat 17:30-da start götürəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı