Salahdan het-trik, "Liverpul"dan darmadağın

Salahdan het-trik, "Liverpul"dan darmadağın
DÜNYA FUTBOLU 8 Dekabr 2018 / 18:25 3158
-  A +

İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.

Qol.az-ın məlumatına görə, turun açılış oyununda “Liverpul” səfərdə “Bornmut”un qonağı olub. Görüş Yurgen Kloppun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mersisaydlıların heyətində Məhəmməd Salah het-trik edib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 42-yə çatdıran “Liverpul” turnir cədvəlində liderliyə yüksəlib. Rəqibindən 1 oyun az keçirən “Mançester Siti” isə 41 xalla 2-cidir. 33 xallı “Tottenhem” isə üçünü sırada qərarlaşıb.

Xatırladaq ki, tura sabah və biri gün keçiriləcək oyunlarla yekun vurulacaq.

İngiltərə Premyer Liqası, 16-cı tur

8 dekabr (şənbə)

“Bornmut” – “Liverpul” – 0:4
Qollar:
Məhəmməd Salah, 25 (0:1), 48 (0:2), 77 (0:4), Stiv Kuk, 68-avtoqol (0:3)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord