"Qarabağ"la 14-cü duel

"Qarabağ"la 14-cü duel
XƏBƏR 8 Dekabr 2018 / 17:43 1559
-  A +

"Zirə" Topaz Premyer Liqanın XIV turunda dekabrın 9-da "Qarabağ"la qarşılaşacaq.

Qol.az-ın klubun rəsmi syatına istinadən yaydığı xəbərə görə, "qartallar" son 5 mövsümün çempionu ilə 14-cü dəfə qarşılaşacaq. Bunadək komanda Ağdam klubu ilə Premyer Liqada 13 dəfə üz-üzə gəlib. Həmin oyunlarda 3 heç-heçə edən “Zirə” 10 dəfə məğlub olub. Rəqib qapısına 6 dəfə yol tapan komanda 24 top buraxıb.

"Qarabağ"la matçlarda “Zirə”nin ən məhsuldar oyunçusu Mirsahib Abbasovdur. O, rəqib qapısına 2 dəfə yol tapıb ki, bu da cari mövsümün ilk duelinə təsadüf edib.

7-ci dəfə rəqibini qəbul edəcək “qartallar” ev oyunlarında 2 heç-heçə edib və 4 dəfə uduzub. Komanda öz meydanında 3 qol vurub, 9-nu buraxıb.

Qeyd edək ki, rəqiblərin son 2 matçında hər iki komanda qol sevinci yaşayıb.
 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı