AFFA məşqçilərlə bağlı qərarı rəsmən açıqladı

AFFA məşqçilərlə bağlı qərarı rəsmən açıqladı
ÖLKƏ FUTBOLU 8 Dekabr 2018 / 17:05 3158
-  A +

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, aparılmış müzakirələrdən sonra aşağı yaş qruplarından ibarət milli komadalarla bağlı da qərar verilib. Yığmaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilib.

Yalnız U-19 yığması elit-runda vəsiqə qazandığı üçün komandanın baş məşqçisi Vüqar Məmməd vəzifəsində saxlanılıb.

Qeyd edək ki, U-21-ə Rəşad Sadıqov, U-18-ə Zaur Həşimov, U-17-yə Ramin Quliyev, U-16-ya Azər Məmmədov, U-15-ə isə Famil Xəlilov başçılıq edirdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı