İtaliyada sərt cəzalar - hakimə hücum edənlərə

İtaliyada sərt cəzalar  - hakimə hücum edənlərə
DÜNYA FUTBOLU 8 Dekabr 2018 / 01:04 1654
-  A +

İtaliya Futbol Federasiyası hakimə qarşı hücumun olduğu hadisələrdə sərt intizam qərarları qəbul edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı  xəbərə görə, əgər hakimə hücum nəticəsində onun tibbi müdaxiləyə ehtiyacı olmayacaqsa, bu halda təqsirkar 1 il müddətinə diskvalifikasiya olacaq. Hakimə hücumdan sonra tibbi müdaxilə olacağı təqdirə isə cəza 2 ilə yüksəldiləcək.

Qərarın qəbul edilməsində əsas səbəb İtaliyanın aşağı divizionlarında hakimə  hücumların tez-tez təkrarlanmasıdır. Federasiya ağır cəzalarla insidentlərin sayını  azaltmaq niyyətindədir.


Son xəbərlər