PSJ futbolçusuna 40 milyon avro qiymət qoydu

DÜNYA FUTBOLU 8 Dekabr 2018 / 00:26 2925
-  A +

PSJ yanvarda klubu tərk edəcəyi gözlənilən futbolçusu Adrien Rabyoya qiymət qoyub.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi 23 yaşlı yarımmüdafiəçini 40 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, A.Rabyo bu mövsüm 19 matçda 2 qol vurub. Onunla "Liverpul", "Barselona" və "Yuventus"un maraqlandığı iddia olunur.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı