Reynaldo "Qarabağ"a qayıda bilər

Reynaldo "Qarabağ"a qayıda bilər
ÖLKƏ FUTBOLU 7 Dekabr 2018 / 19:08 7415
-  A +

Braziliyalı hücumçu Reynaldo Silva "Qarabağ"a qayıda bilər.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisinin qış transfer pəncərəsində almaq istədiyi oyunçular siyahısında braziliyalı futbolçunun da adı var. Tərəflər arasında bununla bağlı danışıqlar aparıldığı, Reynaldonun yenidən "Qarabağ"da oynamaq arzusunda olduğu bildirilib.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan Reynaldonun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bugünlərdə başa çatıb və o, hazırda azad agentdir.

 

Daha çox


Son xəbərlər