Prandellinin yeni iş yeri müəyyənləşdi

Prandellinin yeni iş yeri müəyyənləşdi
DÜNYA FUTBOLU 7 Dekabr 2018 / 16:10 2506
-  A +

İaliya millisinin sabiq baş məşqçisi Çezare Prandellinin yeni iş yeri məlum olub.

Qol.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Genua"nı çalışdıracaq. Bu barədə İtaliya klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb.  O, nu vəzifədə İvan Yuriçi əvəzləyib.

Qeyd edək ki, Prandelli karyerası ərzində "Parma", "Fiorentina", "Qalatasaray" və "Valensiya" kimi klublarda da çalışıb.


Son xəbərlər